Emin Əmrullayev: "Peşə məktəblərində təkcə gənclər deyil, yaşlı insanlar da təsərrüfatla bağlı yenilikləri öyrənməlidir"

Emin Əmrullayev: "Peşə məktəblərində təkcə gənclər deyil, yaşlı insanlar da təsərrüfatla bağlı yenilikləri öyrənməlidir" "Bu gün peşə məktəblərində təkcə gənclər deyil, yaşlı nəsilin nümayəndələri də gələrək kənd təsərrüfatı ilə bağlı yenilikləri öyrənməlidir".
Elm və təhsil
11 İyul , 2023 11:09
Emin Əmrullayev: Peşə məktəblərində təkcə gənclər deyil, yaşlı insanlar da təsərrüfatla bağlı yenilikləri öyrənməlidir
Emin Əmrullayev

"Bu gün peşə məktəblərində təkcə gənclər deyil, yaşlı nəsilin nümayəndələri də kənd təsərrüfatı ilə bağlı yenilikləri öyrənməlidir".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu fikirləri bu gün Bərdə rayonunda kənd təsərrüfatı sahəsində tətbiq edilən innovativ yeniliklərlə bağlı keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

"Biz təhsili təkcə uşaqlar üçün yox, həm də böyüklər, yəni kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlar üçün də açıq elan etməliyik. İnsan hər yaşında öyrənməlidir. Kənd təsərrüfatı sahəsi də çox sürətlə dəyişməkdə və inkişaf etməkdədir. Ona görə də peşə məktəbləri əsasən tələbələr üçün olsa da, yaşlı insanlar da gəlib burada öyrənməli, öz bilik və bacarıqlarını məhz belə müəssisələrdə təkmilləşdirməlidirlər. İnanıram ki, festivalda təqdim olunan stendlərdə nümayiş edilən yeniliklər hər kəsin işinə və gələcək uğurlarına öz təsirini göstərəcək", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi