Emin Əmrullayev: "Ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri hazırlanır"

Emin Əmrullayev: "Ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri hazırlanır" "Bu tədbir Türk Şurasının təşkil etdiyi VI Zirvə görüşüdür. Bu, türk dövlətlərinin təhsil sahəsində olan əməkdaşlıq platformasıdır. Azərbaycan quruma üzv olan dövlətlər içərisində orta məktəblərində Ortaq Türk Tarixi dərsinin tədris edildiyi ilk ölkədir.
Elm və təhsil
4 Noyabr , 2021 13:56
Emin Əmrullayev: Ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri hazırlanır
Emin Əmrullayev

"Bu tədbir Türk Şurasının təşkil etdiyi VI Zirvə görüşüdür. Bu, türk dövlətlərinin təhsil sahəsində olan əməkdaşlıq platformasıdır. Azərbaycan quruma üzv olan dövlətlər içərisində orta məktəblərində Ortaq Türk Tarixi dərsinin tədris edildiyi ilk ölkədir. Hazırda oxşar formada ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri də hazırlanır".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev İstanbulda keçirilən Türk Şurası dövlətlərinin təhsil nazirlərinin VI Zirvə Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə. türk dövlətlərinin universitetləri arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib: "Eyni zamanda, professor və müəllim heyəti, həmçinin tələbələrin mübadiləsi istiqamətində müzakirələr edilib. İnanıram ki, müsbət nəticələr olacaq. Hesab edirəm ki, Türk Şurasının təhsil nazirlərinin VI Zirvə görüşü Azərbaycanla Türkiyə, həmçinin Azərbaycanla digər türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış böyük bir addımdır".

Nazir deyib ki, Türkiyəyə səfəri çərçivəsində həmkarları ilə geniş müzakirələr aparmaq imkanı yaranıb: "Birgə əməkdaşlığın gücləndirilməsi dedikdə mübadilə proqramları, ortaq tarix və ortaq coğrafiya ilə bağlı atılacaq addımlar və əməkdaşlıq nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi