Elman Abdullayev: "Azərbaycanda təxminən 800 efiopiyalı təhsil alıb"

Elman Abdullayev: "Azərbaycanda təxminən 800 efiopiyalı təhsil alıb" Efiopiyalı məzunlar Azərbaycanın onların hər birinin həyatında xüsusi yeri olduğunu bildiriblər
Elm və təhsil
1939
24 Noyabr , 2015 14:33
Elman Abdullayev: Azərbaycanda təxminən 800 efiopiyalı təhsil alıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfirliyində müxtəlif illərdə Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla birinci görüş keçirilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Elman Abdullayev açılış nitqi ilə çıxış edib. O bildirib ki, bu səviyyədə daha sıx ünsiyyət və əlaqələr iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına töhfə verəcək, iki ölkə arasında dialoqu davam etdirməyə imkan yaradacaq. 

Səfir təxminən 800-ə yaxın efiopiyalının Azərbaycanın ali məktəblərini bitirdiyini bildirib.

Tədbirdə çıxış edən efiopiyalı məzunlar bu təşəbbüsü yüksək qiymətləndirərək, Azərbaycanın onların hər birinin həyatında xüsusi yeri olduğunu və aldıqları təhsilin onların formalaşmasında əvəzsiz rol oynadığını vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi