Nazirlik: “Bu il xaricdə təhsil üzrə müraciətlərin 80%-dən çoxu magistratura təhsili ilə bağlıdır”

Nazirlik: “Bu il xaricdə təhsil üzrə müraciətlərin 80%-dən çoxu magistratura təhsili ilə bağlıdır” “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin 80% çoxu magistratura təhsili ilə bağlıdır.
Elm və təhsil
12 İyul , 2023 17:27
Nazirlik: “Bu il xaricdə təhsil üzrə müraciətlərin 80%-dən çoxu magistratura təhsili ilə bağlıdır”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciətlərin 80%-dən çoxu magistratura təhsili ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

O bildirib ki, müraciətlərin qəbulu davam edir və statistika dəyişəcək:

“Ümumilikdə daha çox magistratura təhsili ilə bağlı müraciətlər almışıq. Bu il Azərbaycandan xaricə oxumaq üçün getmək istəyənlərin çoxu magistrlardır”, - şöbə müdiri söyləyib.

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu iyulun 14-də başa çatacaq.

Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.

Qeyd edək ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar.

Son xəbərlər

Orphus sistemi