Gəncənin 11 saylı məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Gəncənin 11 saylı məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı Tam Orta Məktəbin
Elm və təhsil
15 Sentyabr , 2023 12:46
Gəncənin 11 saylı məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən regional təhsil şöbəsinin rəhbər şəxsləri və müəllimlər iştirak ediblər.

Qonaqlar məktəbdə görülən işlərlə və yaradılan şəraitlə tanış olublar.

960 şagird yerlik məktəbdə STEAM sinifləri formalaşdırılıb. Burada "Məktəblinin dostu" layihəsi də icra olunacaq.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, mərhələli olaraq digər təmirə ehtiyacı olan məktəblərdə də işlər görüləcək.

"Builki "Bilik Günü"nün daha bir xüsusi fərqliliyi var. Belə ki, uzun illərdən sonra işğaldan azad olunan ərazilərdə ilk zəng çalınıb", - o söyləyib.

Son xəbərlər

Orphus sistemi