Elektron sınaq imtahanlarında iştirak etmək üçün 34 min nəfər qeydiyyatdan keçib

Elektron sınaq imtahanlarında iştirak etmək üçün 34 min nəfər qeydiyyatdan keçib Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək
Elm və təhsil
784
27 Mart , 2017 15:01
Elektron sınaq imtahanlarında iştirak etmək üçün 34 min nəfər qeydiyyatdan keçib
report.az

Bakı. 27 mart. REPORT.AZ/ Dövlət İmtahan Komissiyasının (DİM) keçirdiyi elektron sınaq imtahanlarında iştirak etmək üçün respublikanın bütün şəhər və rayonları üzrə 33 922 nəfər qeydiyyatdan keçib, 19 mindən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak edib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurum ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək. İmtahanlarda eyni test tapşırıqlarından istifadə olunur. Ona görə də iştirakçılara özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmaq tövsiyə olunur. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək. Bu gündən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır. Ödəniş etmək qaydaları ilə saytda tanış ola bilərsiniz.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi