Əhliman Əmiraslanov: "Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb"

Əhliman Əmiraslanov: "Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb" "Onun ölümü təkcə Azərbaycan elminə deyil, dünya elminə ağır itkidir"
Elm və təhsil
1098
1 Fevral , 2016 14:48
Əhliman Əmiraslanov: Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb

Bakı. 1 fevral. REPORT.AZ/ "Cəlal Əliyevin ölümü təkcə Azərbaycan elminə deyil, dünya elminə ağır itkidir". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Cəlal Əliyev ömrünün 62 ilini elmə həsr edib. Çoxsaylı tədqiqatlar aparıb. 1990-cı illərdə Milli Elmlər Akademiyasının başı üzərini qara buludlar almışdı. Cəlal Əliyev bu məsələdə mübarizə apardı. O dövrdə ciddi təhlükələrlə qarşılaşan akademik heç vaxt əyilməyib. O, Azərbaycan, vətən üçün xeyli işlər görüb", - Ə.Əmiraslanov bildirib.

Son xəbərlər

Orphus sistemi