Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olub

Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olub Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub
Elm və təhsil
305
4 May , 2021 15:44
Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olub

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.

"Report" xəbər verir ki, tədbirdə 49 ölkədən olan 71 əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib.

Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq təşkil edilib.

Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi