Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi

Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Elm və təhsil
18 Noyabr , 2020 14:11
Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə, hər kəsin sevimlisi olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi