Dual peşə təhsil proqramına cəlb edilən tələbələrin sayı açıqlanıb

Dual peşə təhsil proqramına cəlb edilən tələbələrin sayı açıqlanıb “2022/2023-cü tədris ili ərzində 760 tələbə 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində dual peşə təhsil proqramına cəlb edilib”.
Elm və təhsil
18 İyul , 2023 10:21
Dual peşə təhsil proqramına cəlb edilən tələbələrin sayı açıqlanıb
Ceyhun Kərəmov

“2022/2023-cü tədris ili ərzində 760 tələbə 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində dual peşə təhsil proqramına cəlb edilib”.

“Report” xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov Avropa İttifaqı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT İP-nin təşkilatçılığı ilə keçirilən “Dual peşə təhsil proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə səsləndirib.

Qurum rəsmisi bildirib ki, onlardan 200 nəfəri artıq işlə təmin edilib:

“Növbəti il üçün sözügedən proqram çərçivəsində təhsil alan tələbə sayının 1000 nəfərə çatması planlaşdırılır”.

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi özəl sektorla işi çərçivəsində 2 il ərzində dual /iş yerində öyrənmə proqramına 32 şirkət qoşulub. 8 peşə təhsili müəssisəsindən 41, özəl sektordan isə 126 mentor turizm və qonaqpərvərlik, nəqliyyat, mebel istehsalı və media istiqamətləri daxil olmaqla 24 müxtəlif peşə üzrə prosesə cəlb olunub”.

“Layihənin dəstəyi ilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib və məzunların 70%-dən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb”- , C. Kərəmov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi