DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur Onlardan hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var
Elm və təhsil
1719
17 Yanvar , 2018 15:18
DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur
Report

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Hesabata əsəsən, bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 22,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 69 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər.

Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 73 həqiqi və 113 müxbir üzvü var.

Son xəbərlər