Dövlət qulluğuna qəbul zamanı Azərbaycan dilini bilmə səviyyəsinin yeni qaydada yoxlanılması təklif olunur

Dövlət qulluğuna qəbul zamanı Azərbaycan dilini bilmə səviyyəsinin yeni qaydada yoxlanılması təklif olunur Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na daxil edilən maddələrdən biri də “Dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılmasının təmin edilməsi”dir”.
Elm və təhsil
114
13 Noyabr , 2018 16:52
Dövlət qulluğuna qəbul zamanı Azərbaycan dilini bilmə səviyyəsinin yeni qaydada yoxlanılması təklif olunur

Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na daxil edilən maddələrdən biri də “Dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılmasının təmin edilməsi”dir”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılması mütəmadi olmalıdır və bu prosesi Dövlət İmtahan Mərkəzi keçirməlidir: “Məsələn, dövlət qulluğuna qəbul olmaq istəyənlərin inşa yazı yazması, sərbəst, düzgün fikir yürütmək qabiliyyəti yoxlanılmalıdır”.

Dövlət İmtahan Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dövlət qulluğuna qəbul zamanı müsabiqənin test imtahanı mərhələsində namizədlərin “qanunvericilik”, “informasiya texnologiyaları”, “məntiqi təfəkkür” ilə yanaşı "Azərbaycan dili” üzrə də bilikləri yoxlanılır: “Azərbaycan dilindən imtahana hazırlaşan namizədlər Azərbaycan dilinə xas olan fonetik, leksik, qrammatik qaydalara, eləcə də digər nəzəri və praktik məsələlərə xüsusi diqqət yetirməlidirlər. İmtahanda namizədlərə 15 test tapşırığı təqdim olunur. Müsabiqənin müsahibə mərhələsində isə "ümumi dünyagörüşü" proqramı çərçivəsində namizədlərin Azərbaycan dilində danışıq səviyyəsi, ünsiyyətqurma, fikrini sərbəst ifadə etmək və s. keyfiyyətləri yoxlanılır”.

Son xəbərlər

Orphus sistemi