Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək Qeydiyyat oktyabr ayının 5-i saat 18:00–dək davam edəcək
Elm və təhsil
2 Oktyabr , 2017 11:48
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat oktyabr ayının 5-i saat 18:00-dək davam edəcək.

Sınaq imtahanı oktyabrın 5-də və 6-da DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq. DİM-də sınaq imtahanı üçün 2 zal ayrılmışdır. Namizədlər imtahanı həmin zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 5 oktyabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulan yerlər artıq dolmuşdur. Nəzərinizə çatdırırıq ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlərin sayına uyğun olaraq imtahan günlərinin də sayı artırıla bilər.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Son xəbərlər

Orphus sistemi