Dövlət qulluğu ilə bağlı onlayn müsahibələr başlayıb

Dövlət qulluğu ilə bağlı onlayn müsahibələr başlayıb
Elm və təhsil
556
1 İyul , 2020 17:12
Dövlət qulluğu ilə bağlı onlayn müsahibələr başlayıb

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu ilə bağlı təxirə salınan müsahibələrin onlayn qaydada keçirilməsinə başlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska ilə və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilib.

Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin müvafiq inzibati binalarında xüsusi proqram təminatı vasitəsilə qoşulurlar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.

Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.