Dövlət proqramının məzunları ilə görüş və karyera sərgisi keçirilib

Dövlət proqramının məzunları ilə görüş və karyera sərgisi keçirilib Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib
Elm və təhsil
2 Aprel , 2024 11:57
Dövlət proqramının məzunları ilə görüş və karyera sərgisi keçirilib

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib.

"Report" xəbər verir ki, sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.

Tədbir Elm və Təhsil Nazirinin müavini Həsən Həsəlinin nitqi ilə açıq elan olunub, daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadovun, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin nitqləri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın hesabat çıxışı ilə davam edib. Həmçinin tədbirdə məzunlar üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının Dövlət Qulluğuna müraciət etmək qaydaları” və “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu Əmək bazarına çıxış üçün nə tələb olunur” mövzularında maarifləndirici çıxışlar baş tutub.

Daha sonra isə Dövlət Proqramı məzunları üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə məzunlarla müxtəlif qurumlar tərəfindən vakansiyalar paylaşılıb.

Son xəbərlər

Orphus sistemi