“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Ötən ilin noyabrında 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: h
Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.