Dövlət peşə təhsili müəssisələri "həyəcan" düyməsi ilə təmin ediləcək

Dövlət peşə təhsili müəssisələri "həyəcan" düyməsi ilə təmin ediləcək Nazirlər Kabineti dövlət peşə təhsili müəssisələrinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə qərarı təsdiq edib.
Elm və təhsil
5 May , 2019 06:55
Dövlət peşə təhsili müəssisələri həyəcan düyməsi ilə təmin ediləcək

Nazirlər Kabineti dövlət peşə təhsili müəssisələrinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə qərarı təsdiq edib.

"Report" xəbər verir ki, sənəd Baş Nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Müəyyən edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.

Qeyd olunur ki, Maliyyə Nazirliyi DİN-in Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019- cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

Son xəbərlər

Orphus sistemi