Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək saat 18:00‑dək DİM tərəfindən aparılır
Elm və təhsil
103
21 İyul , 2017 15:52
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib
Report

Bakı. 21 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

DİM-dən "Report"a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək saat 18:00‑dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır. 

Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə mərkəzə təqdim edilə bilər.

Son xəbərlər