Dövlət Komitəsi: “Xaricdə çalışan azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək arzusundadırlar”

Dövlət Komitəsi: “Xaricdə çalışan azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək arzusundadırlar” Dünyanın nüfuzli ali məktəblərində işləyən azərbaycanlı alimlər, professorlar həmin təhsil ocağına öz töhfələrini vermək niyyətlərini bildiriblər.
Elm və təhsil
15 Dekabr , 2023 14:27
Dövlət Komitəsi: “Xaricdə çalışan azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək arzusundadırlar”

Dünyanın nüfuzli ali məktəblərində işləyən azərbaycanlı alimlər, professorlar Qarabağ Universitetinə öz töhfələrini vermək niyyətlərini bildiriblər.

“Report” xəbər verir ki, bir qrup elm adamı bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncamı xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət hissi ilə qarşılanıb:

“Onlar Qarabağ Universitetində tədris etmək, öz bilik və təcrübələrini regionda təhsil mühitinin daha da yaxşılaşdırılmasına sərf etmək arzularını bildiriblər”.

Qeyd edək ki, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Həmin müraciətlərin bir neçəsini aşağıdakı linkdən izləmək olar:

Son xəbərlər

Orphus sistemi