Dövlət İmtahan Mərkəzinin rəhbəri: "Bu il rezidenturaya verilən vakant yerlərin sayı azalıb"

Dövlət İmtahan Mərkəzinin rəhbəri: "Bu il rezidenturaya verilən vakant yerlərin sayı azalıb" "Builki rezidentlər imtahanın birinci mərhələsində yaxşı nəticə göstərməyiblər"
Elm və təhsil
1297
29 Aprel , 2016 18:35
Dövlət İmtahan Mərkəzinin rəhbəri: Bu il rezidenturaya verilən vakant yerlərin sayı azalıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Bu il rezidenturaya verilən vakant yerlərin sayı azalıb". "Report" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində deyib.

O bildirib ki, rezidenturaya imtahan verən bakalavrların ötənilki nəticələri Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən geniş müzakirə olunub: "Səhiyyə Nazirliyinə geniş elmi-statistik təhlil təqdim etmişdik. Rezidentura imtahanlarından sonra qərar qəbul olumuşdu ki, rezidentura imtahanı üçün 40 bal minimal baldır və aşağı salınmayacaq. Builki rezidentlər də imtahanın birinci mərhələsində yaxşı nəticə göstərməyiblər, bu imtahanın nəticəsi ilə bağlı statistikanı həm Tibb Universitetinə, həm də Səhiyyə Nazirliyinə müzakirə üçün təqdim etmişik. Ümumi nəticəyə görə, bu il də keçid balı aşağı salınmayacaq. İkinci turdan da məyyən sayda tələbənin kəsiləcəyi gözlənilir. Ola bilsin ki, bu il müəyyən ixtisaslarda yerlər boş qalacaq". 

Son xəbərlər

Orphus sistemi