Dövlət Agentliyi: “İşəgötürənlərlə sıx əməkdaşlığın qurulması əsas prioritetlərimiz sırasındadır”

Dövlət Agentliyi: “İşəgötürənlərlə sıx əməkdaşlığın qurulması əsas prioritetlərimiz sırasındadır” “Müxtəlif sahələrdən olan işəgötürənlərlə sıx əməkdaşlığın qurulması peşə təhsilinin inkişafının təmini üçün əsas prioritetlərimiz sırasındadır”.
Elm və təhsil
18 İyul , 2023 10:22
Dövlət Agentliyi: “İşəgötürənlərlə sıx əməkdaşlığın qurulması əsas prioritetlərimiz sırasındadır”
Ceyhun Kərəmov

“Müxtəlif sahələrdən olan işəgötürənlərlə sıx əməkdaşlığın qurulması peşə təhsilinin inkişafının təmini üçün əsas prioritetlərimiz sırasındadır”.

“Report” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov Avropa İttifaqı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT İP-nin təşkilatçılığı ilə keçirilən “Dual peşə təhsil proqramı”nın yekunlarına həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, sözügedən təşəbbüsün əsas məqsədi ötən tədris ilində iş yerində öyrənmə modelinin tətbiqinə dair nəticələrlə bütün maraqlı tərəfləri məlumatlandırmaq, işəgötürənlərlə və peşə təhsil müəssisələrinin pedaqoji heyəti ilə növbəti addımları müzakirə etmək olub:

“Peşə təhsili yalnız nəzəri bilikləri öyrətmir. Burada öyrənmə stili əsasən praktiki olaraq həyata keçirilir”.

C.Kərəmov vurğulayıb ki, son illər istər Bakıda, istərsə də regionlarda peşə təhsili müəssisələri açılıb: “Biz həmin müəssisələri tikərkən daha çox iş yerinə bənzəməsinə çalışırıq. Çünki bizim öyrənmə üsulumuz bir qədər fərqlidir”.

Son xəbərlər

Orphus sistemi