Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları müəyyənləşib.
"Report" xəbər verir ki, final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb.
Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 %-i dövlət, 42.86 %-i özəl, 2.86 %-i QHT-lərdə çalışır. Final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərin adlarını təqdim edirik:
1. Rəhimov Teymur Azər oğlu
2. Şamilzadə Orxan Müşfiq oğlu
3. Əmmayev Təbriz Bilal oğlu
4. Mustafayev Sənan Sahid oğlu
5. Nəcəfli Cəfər Yusif oğlu
6. Şirinli Qaraxan Bayraməli oğlu
7. Hüseynli Kamal Həsən oğlu
8. Həsənəlizadə Şəfəq İlham qızı
9. Musayeva Günel Elşad qızı
10. Yaqublu Toğrul Namiq oğlu
11. Göyüşov Səbuhi Nizami oğlu
12. Hüseynov İsmayıl Sayəddin oğlu
13. İsgəndərov Orxan Elman oğlu
14. Babazadə Salman Məhəmməd oğlu
15. Qocayev Nicat İlham oğlu
16. Məmmədov Ayaz Məmmədrahim oğlu
17. Hüseynov Seymur Elşad oğlu
18. Həsənli Aslan Yusif oğlu
19. Qasımov Anar Aslan oğlu
20. Məmmədxanlı Rüfət Cahangir oğlu
21. Əsgərov Əkbər Rövşən oğlu
22. Səmədov İnsafəli Cümeyir oğlu
23. Fətəliyev Eyyub İlqar oğlu
24. Məmmədov Şahlar Elman oğlu
25. Abdullazadə Elnur Fazil oğlu
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.