Dörd mindən çox şəxs peşə təmayüllü siniflərdə ixtisas müəllimi olmaq üçün müsabiqəyə qatılıb

Dörd mindən çox şəxs peşə təmayüllü siniflərdə ixtisas müəllimi olmaq üçün müsabiqəyə qatılıb 2024-2025-ci tədris ili üçün "Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq istəyənlər üçün elan edilən müsabiqənin ilk mərhələsi yekunlaşıb.
Elm və təhsil
31 İyul , 2024 11:10
Dörd mindən çox şəxs peşə təmayüllü siniflərdə ixtisas müəllimi olmaq üçün müsabiqəyə qatılıb

2024-2025-ci tədris ili üçün "Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq istəyənlər üçün elan edilən müsabiqənin ilk mərhələsi yekunlaşıb.

"Report" xəbər verir ki, peşə təmayüllü siniflərdə yeni açılacaq 4 pilot peşələr də daxil olmaqla 16 peşə ixtisası üzrə 462 vakant yerə 4 000 nəfərdən çox şəxs müraciət edib.

Yalnız tələblərə uyğun namizədlərə ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanması ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında və müsahibədə iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb ediləcək.

Test imtahanı avqustun 6-da keçiriləcək. İmtahanda müvafiq peşə ixtisas modulları üzrə 20 sual, tədris metodologiyası və təlim strategiyaları mövzusunda 60 sualdan ibarət olacaq.

İşə qəbul edilmiş şəxslər sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.

Son xəbərlər

Orphus sistemi