Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır Aprelin 16-da saat 11:00-dan portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
Elm və təhsil
9 Aprel , 2024 16:21
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Aprelin 16-da saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

Qeyd edək ki, sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi