Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək

Elm və təhsil
  • 29 iyul, 2022
  • 08:22
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək

Noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək.

"Report" xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Konfrans riyaziyyat və təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.

Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər.

44 filmi