Dizayn sərgisi keçirilib

Dizayn sərgisi keçirilib Azərbaycanda dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə həsr olunan dizayn sərgisi keçirilib.
Elm və təhsil
20 Noyabr , 2023 16:32
Dizayn sərgisi keçirilib

Azərbaycanda dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə həsr olunan dizayn sərgisi keçirilib.

"Report" xəbər verir ki, sərgidə dövlət rəsmiləri, mədəniyyət xadimləri, universitet rektorları, ictimaiyyət nümayəndələri və özəl sektorun təmsilçiləri iştirak ediblər.

Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayn ixtisaslı tələbə və məzunlarının əl işləri, layihələri nümayiş olunub.

İtaliya-Azərbaycan Mərkəzinin direktoru Fərid Kərimov "Report"a bildirib ki, sərgi universitetin dizayn kafedrasının 25 il ərzində gördüyü işlərin nümayişidir: "Dizayn ixtisasında təhsil alan tələbələrin layihə maketləri və işləri burada göstərildi. Onu da qeyd edim ki, paralel olaraq bu gün fəaliyyət göstərən İtaliya -Azərbaycan Mərkəzində tələbələr üçün tədrisdən əlavə layihələr keçir. Həmçinin xarici şirkətlərlə, dizaynerlərlə, xüsusilə İtaliya memar və dizayneri ilə sıx əməkdaşlıq etməyə çalışırıq. Mərkəz yaranandan tələbələr xaricə göndərilir, onlara müxtəlif təlimlər keçirilir".

Qeyd edək ki, Azərbaycanda dizayn ixtisası ilk dəfə AZMİU-da 1994-cü illərdə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradılıb.

Son xəbərlər

Orphus sistemi