Sabah direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.
Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 19 fevral saat 15:00-dan 18:00-dək
Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.