Təhsil naziri: "Yayda sertifikatlaşdırmanın aparılması planlaşdırılmır"

Təhsil naziri: "Yayda sertifikatlaşdırmanın aparılması planlaşdırılmır" "Direktorların işə qəbulu ilə bağlı müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır"
Elm və təhsil
8 May , 2021 16:36
Təhsil naziri: Yayda sertifikatlaşdırmanın aparılması planlaşdırılmır
0 : 00
0 : 00

"Direktorların işə qəbulu üzrə müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır".

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, yeni tədris ilinə kimi prosesin yekunlaşdırılması nəzərdə tutulub.

Nazir qeyd edib ki, yay ayları ərzində sertifikatlaşdırmanın aparılması planlaşdırılmır: “Sertifikatlaşdırmanın bu il ərzində hansısa qrup üzrə keçirilməsinə ümid edirik. Bu, ilin sonuna qədər, yəni payız aylarında mümkün ola bilər. Pandemiya ilə əlaqəli bu işi yaxın aylarda keçirə bilmərik. Sertifikasiya Azərbaycanda müəllimlərin peşə hazırlığı keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Sınaq imtahanlarının keçirilməsi də planlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi