Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilən müsabiqənin müsahibə mərhələsi keçirilir.
İdarədən "Report"a verilən məlumata görə, müsahibə sentyabrın 6-da başa çatacaq.
Ümumilikdə, işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.
Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
