DİM sədri: "İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən ikinci şans verilməyəcək"

Elm və təhsil
  • 10 iyun, 2022
  • 08:46
DİM sədri: İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən ikinci şans verilməyəcək
Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib.

"Report"un məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək.

"Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəman"a çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə abituriyenti deyil, yalnız qayda-qanunu pozanları fikirləşir. Onlar bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, bu, qaydalarda qeyd edilib", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti