DİM sədri: “Telekinez” daha çox müzakirələrə səbəb olub”

DİM sədri: “Telekinez” daha çox müzakirələrə səbəb olub” “Bu il imtahanda istifadə olunan “Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub”.
Elm və təhsil
17 Mart , 2023 11:20
DİM sədri: “Telekinez” daha çox müzakirələrə səbəb olub”

“Bu il imtahanda istifadə olunan “Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub”.

“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir: “Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. 4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün "Telekinez" haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.

Son xəbərlər

Orphus sistemi