DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda Vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib.
Elm və təhsil
26 May , 2024 12:17
DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda Vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib.

"Report" xəbər verir ki, budəfəki imtahanda rekord sayda namizəd iştirak edib. DİM və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda iştirak üçün 600 nəfər vəkilliyə namizəd müraciət edib. Bu da elektronlaşdırılımış qaydada keçirilən test imtahanlarında ən yüksək göstəricidir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunur. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik məlumatlara gəldikdə, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61,7 faiz, respublikanın digər regionları üzrə isə 38,3 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 15 faizi xarici, 85 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 50 faiz ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 67 faizini təşkil edir. Qadın namizədlər 28 faiz, kişi namizədlər isə 72 faizdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 3,8 faiz təşkil edir.

Son xəbərlər

Orphus sistemi