DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdi Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.
Elm və təhsil
7904
3 Avqust , 2020 12:31
DİM abituriyentlərə müraciət etdi

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcək.

Xatırladaq ki, bu ilin iyun-iyul ayları ərzində keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Orphus sistemi