DİM bəzi dərsliklərdə nöqsanlar aşkarlayıb

DİM bəzi dərsliklərdə nöqsanlar aşkarlayıb Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib
Elm və təhsil
352
10 Mart , 2021 16:10
DİM bəzi dərsliklərdə nöqsanlar aşkarlayıb
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

"Report" xəbər verir ki, fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi