DİM 1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

DİM 1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək DİM 1747 nəfər üçün dövlət qulluğu imtahanı keçirəcək
Elm və təhsil
13 may 2025 09:45
DİM 1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 may 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il aprelin 11-dən mayın 1-dək aparılıb və bu müddət ərzində 1747 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

Son xəbərlər

Orphus sistemi