“Hörümçək” sözünün lüğətə salınmamasına görə məsuliyyət daşıyanların adları açıqlanıb

“Hörümçək” sözünün lüğətə salınmamasına görə məsuliyyət daşıyanların adları açıqlanıb “Son günlərdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanır. Bu, texniki qüsur kimi qəbul edilməlidir”
Elm və təhsil
18 Yanvar , 2022 12:28
“Hörümçək” sözünün lüğətə salınmamasına görə məsuliyyət daşıyanların adları açıqlanıb

“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

Bunu “Report”a Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - Dilçilik İnstitutundan bildirilib.

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.

Son xəbərlər

Orphus sistemi