Dilçilik İnstitutunun "Qaynar xətt"i sabahdan fəaliyyətini davam etdirəcək

Dilçilik İnstitutunun "Qaynar xətt"i sabahdan fəaliyyətini davam etdirəcək AMEA Nəsimi adına Dilçilik İnstitu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirilib.
Elm və təhsil
27 Yanvar , 2021 19:47
Dilçilik İnstitutunun Qaynar xətti sabahdan fəaliyyətini davam etdirəcək

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirilib.

İnstitutdan "Report"a bildirilib ki, "Qaynar xət"də çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad ediliblər: "Onlar yeni yaradılan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıblar. Bu səbəbdən həm də pandemiyaya görə "Qaynar xətt"in fəaliyyəti keçən ilin sonlarından müvəqqəti olaraq dayanıb. Həmçinin institutda otaq azlığı səbəbindən "Qaynar xətt" otağı müvəqqəti olaraq Müdafiə Şurasına verilmişdi".

Məlumatda vurğulanıb ki, "Qaynar xətt"in avadanlıqları Monitoriq şöbəsindədir və sabahdan "Qaynar xətt" öz fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi