Dilçilik İnstitutunda yaradılan"Qaynar xətt" yaxın zamanlarda istifadəyə veriləcək

Dilçilik İnstitutunda yaradılan"Qaynar xətt" yaxın zamanlarda istifadəyə veriləcək Qulu Məhərrəmli: "Xətt üçün ən müasir avadanlıq alınıb"
Elm və təhsil
2 İyun , 2015 14:53
Dilçilik İnstitutunda yaradılanQaynar xətt yaxın zamanlarda istifadəyə veriləcək

Bakı. 2 iyun. REPORT.AZ/ "Dilçilik İnstitutundakı "Qaynar xətt" üçün ən müasir avadanlıq alınıb. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri bu işlə məşğuldurlar. Yaxın zamanlarda xəttin istifadəyə verilməsi gözlənilir". Bu barədə "Report"a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib. 

Onun sözlərinə görə, "Qaynar xətt" məsələsi ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov şəxsən özü məşğul olur: "Artıq göstəriş verilib, avadanlıq alınıb. Ən müasir "Qaynar xətt" qurulur. Nazirliyin mütəxəssisləri instituta gəliblər, şəraitlə tanış olublar. Biz nəzərdə tutmadığımız əlavə işlər ortaya çıxıb, server quraşdırılmalıdır və bunun üçün xüsusi şərait olmalıdır. Bu səbəbdən də bir az vaxt lazım olacaq".

Şöbə müdiri deyib ki, "Qaynar xətt" əslində hazırdır, telefon xətti verilib: "Amma biz yeni texnologiyalar qurulmasını istəyirik ki, effekti olsun".

Qeyd edək ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması ayrıca bir bənd kimi verilib. "Qaynar xətt"in yaradılması Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Son xəbərlər

Orphus sistemi