DİM sədri: "Dövlət qurumlarında boş olan bəzi vəzifələrə maraq azdır"

DİM sədri: "Dövlət qurumlarında boş olan bəzi vəzifələrə maraq azdır" Bakı. 21 sentyabr. REPORT.AZ/ Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə tələblər fərqlidir. Yuxarı vəzifələrə maraq çox deyil.
Elm və təhsil
21 Sentyabr , 2018 12:35
DİM sədri: Dövlət qurumlarında boş olan bəzi vəzifələrə maraq azdır
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə tələblər fərqlidir. Yuxarı vəzifələrə maraq çox deyil".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, maraq daha çox BB (inzibati icraçı vəzifələr) qrupuna daxil olan vəzifələrədir.

M.Abbaszadə bildirib ki, daha çox kütləvi vəzifələrə maraq var: "Çünki burada namizədlər üçün qoyulan tələblər daha aşağıdır və iş stajı çox tələb olunmur. Ona görə də müəyyən imtahanlarda 1000-1500, müəyyən imtahanlarda 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərdən asılıdır".

DİM sədri əlavə edib ki, dövlət qulluğuna qəbul üçün hər ay keçirilən imtahanlardan əvvəl sınaq imtahanları olur: "Namizədlərin imkanı varki əvvəlcə sınaq imtahanında, daha sonra dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər". 

Son xəbərlər

Orphus sistemi