DİM sədri: "Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var"

DİM sədri: "Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var" Bakı. 17 noyabr. REPORT.AZ/ Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var və gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq.
Elm və təhsil
1400
17 Noyabr , 2018 11:54
DİM sədri: Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Firi Salim

Bakı. 17 noyabr. REPORT.AZ/ "Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var və gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, birinci imtahanda iştirak edənlərin sayı 110 mindir: "Sertifikat alanların sayı, təxminən, 4 minə yaxındır. Müsabiqədə iştirak edənlərin sayı sertifikat alanların sayından çoxdur. Çünki sertifikat alan bir şəxs müxtəlif müsabiqələrdə iştirak edə bilər. Müsahibə üçün qeydiyyatdan keçənlərin sayı isə həddindən artıq çoxdur. Çünki bir adam 25 yerə müsahibəyə yazılır və yalnız 3-nə gəlir. Halbuki buna bizim resurslar gedir və məsuliyyətsiz yanaşma var".

M.Abbaszadə qeyd edib ki, uğurla müsahibədən keçənlərin sayı sertifikat alanların, təxminən, 1/3-dir: "Dövlət qulluğuna qəbul olunanların sayı, təxminən, 600 nəfərdir. Beləliklə sertifikat alaraq müsabiqədən 1200-dən çox namizəd keçib. Onların yarısı dövlət reyestrinə dövlət qulluqçusu kimi, dövlət orqanları tərəfindən daxil olunub. Proses istənilən səviyyədə çevik olmur, elə də səmərə vermir".

O həmçinin əlavə edib ki, yüksək vəzifələrə, ümumiyyətlə, sənəd verən yoxdur: "Bu intahanlarda iştirak etmək istəmirlər. Burada qoyulan tələblər var ki, rəhbər vəzifədə olanlar gəlmir. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir".

Son xəbərlər

Orphus sistemi