DİM iyunun 27-də keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib

DİM iyunun 27-də keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib Bakı. 29 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini elan edib.
Elm və təhsil
185
29 İyun , 2018 18:25
DİM iyunun 27-də keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib
Report

Bakı. 29 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini elan edib. 

DİM-dən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər qurumun internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Son xəbərlər

Orphus sistemi