DİM-in yaratdığı İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM-in yaratdığı İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb Aprelin 20-də DİM Direktorlar Şurasının sədri ilə İctimai Şuraya üzv olmaq istəyən şəxslərlə görüş keçiriləcək
Elm və təhsil
14 Aprel , 2017 19:56
DİM-in yaratdığı İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Bakı. 14 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

Mərkəzdən “Report”a verilən məlumata görə, İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı artıq başa çatıb. Şuraya üzv olmaq üçün 30-dan çox QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri qeydiyyatdan keçib.

Aprelin 20-də Dövlət İmtahan Mərkəzində DİM Direktorlar Şurasının sədri ilə İctimai Şuraya üzv olmaq istəyən şəxslərlə görüş keçiriləcək. Görüşdə iştirakçılara Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat veriləcək. Sonda isə Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı təsdiq olunmaq üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim olunacaq. Şura üzvləri Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi