DİM: II və III qruplar üzrə qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq

DİM: II və III qruplar üzrə qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq Bakı. 15 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qəbul imtahanının nəticələri bu gün axşam saatlarında açıqlanacaq.
Elm və təhsil
15 May , 2018 15:54
DİM: II və III qruplar üzrə qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq
Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qəbul imtahanının nəticələri bu gün axşam saatlarında açıqlanacaq. 

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahandan dərhal sonra "Space" telekanalında 4 saat müddətində canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. 

Bundan əlavə, test tapşırıqlarının doğru cavab etalonları, sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. 

Mayın 14-dən etibarən isə imtahanda istifadə olunan tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda komissiya işini davam etdirir.

Məlumata görə, bu gün axşam saatlarında imtahan nəticələrinin elan olunması nəzərdə tutulur. Bildirilib ki, nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə yenidən canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in "Facebook" səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir.

Son xəbərlər

Orphus sistemi