DİM: Daha 53 nəfər dövlət qulluğunda vəzifəyə uyğun hesab olunub

DİM: Daha 53 nəfər dövlət qulluğunda vəzifəyə uyğun hesab olunub Bakı. 8 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Əmlak Məsələləri Dövlət Komitəsində mövcud dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələr başa çatıb.
Elm və təhsil
8 Avqust , 2018 18:01
DİM: Daha 53 nəfər dövlət qulluğunda vəzifəyə uyğun hesab olunub
Report

Bakı. 8 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Əmlak Məsələləri Dövlət Komitəsində mövcud dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələr başa çatıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Mədəniyyət Nazirliyində Aparatın rəhbəri və nazirin köməkçisi, Sumqayıt Apellyasiya Məhkəməsində Aparatın rəhbəri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçən 63 namizəddən 53 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 7 namizəd lazımi keçid balını toplaya bilməyib və 3 namizəd isə müsahibədə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi