DİM Apellyasiya Komissiyası yaradıb

DİM Apellyasiya Komissiyası yaradıb Bakı. 27 iyul. REPORT.AZ/ Ötən gün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.
Elm və təhsil
27 İyul , 2018 09:19
DİM Apellyasiya Komissiyası yaradıb
Report
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Ötən gün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keşmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 27, 30 və 31 iyul saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

Son xəbərlər

Orphus sistemi