DİM: 1 nəfər qaydaları pozduğuna görə imtahandan xaric edilib

DİM: 1 nəfər qaydaları pozduğuna görə imtahandan xaric edilib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qabiliyyət tələb edən Dekorativ sənət, Dizayn, Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq ixtisasları üzrə ixtisas magistraturasının 70-ci proqrama daxil olan ixtisaslaşmaları üçün magistraturaya qəbul imtahanları keçirilib.
Elm və təhsil
12 İyun , 2020 17:37
DİM: 1 nəfər qaydaları pozduğuna görə imtahandan xaric edilib
Report/Firudin Səlimov

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qabiliyyət tələb edən Dekorativ sənət, Dizayn, Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq ixtisasları üzrə ixtisas magistraturasının 70-ci proqrama daxil olan ixtisaslaşmaları üçün magistraturaya qəbul imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, bakalavrlar 5 Qabiliyyət İmtahanı Komissiyası üzrə Kompozisiya, Rəngkarlıq, Rəsm və Yapma imtahanlarında iştirak ediblər.

Dekorativ sənət (bədii xalça, bədii toxuculuq, bədii metal, bədii keramika və şüşə sahələri üzrə) və Dizayn (sənaye dizaynı, interyer üzrə dizayn, geyim dizaynı, qrafik dizayn sahələri üzrə) ixtisaslarının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar onlara təqdim olunmuş mövzu üzrə (sahəsi göstərilməklə) kompozisiya işləyiblər.

Rəngkarlıq (sahələr üzrə) ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar kətan üzərində yağlı boya ilə münasib fonda naturadan çılpaq canlı insan fiquru, Qrafika (sahələr üzrə) ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar isə kağız üzərində (qrafit karandaş, sangina, kömür, və s. materiallardan istifadə etməklə) naturadan mürəkkəb hərəkətdə çılpaq canlı insan fiquru çəkiblər.

Heykəltəraşlıq (sahələr üzrə) ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar isə gil material ilə naturadan mürəkkəb hərəkətdə 1 metr hündürlüyündə çılpaq canlı insan fiquru işləyiblər.

İmtahandan “məqbul” qiymət almış bakalavrlar ixtisaslaşma seçimi zamanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ixtisaslaşmalarını da öz elektron ərizələrində göstərə biləcəklər.

1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan binası əvvəlcədən dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi