Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Elm və təhsil
23 Yanvar , 2024 17:20
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələr əlavə ediləcək.

Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.

Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Son xəbərlər

Orphus sistemi