"Dərs vaxtı"nda "Nizami dərsləri" yayımlanacaq
Elm və təhsil
- 13 yanvar, 2021
- 10:53
Növbəti həftədən etibarən "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, "Nizami Gəncəvi ili" ilə əlaqədar yayımı nəzərdə tutulan "Nizami dərsləri" çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.
Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən , eyni zamanda videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.
Son xəbərlər
07:43
Kan: Netanyahu Putindən İsrailin İrana hücum etmək niyyətində olmadığını çatdırmağı xahiş edib
Digər ölkələr07:15
Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib
Digər ölkələr06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06