Dam örtükləri uçan məktəblərdə təmir işləri başlayıb

Dam örtükləri uçan məktəblərdə təmir işləri başlayıb Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır
Elm və təhsil
9 Mart , 2021 11:45
Dam örtükləri uçan məktəblərdə təmir işləri başlayıb

Güclü külək nəticəsində Bakıdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranan fəsadlar aradan qaldırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücləndirmə işlərinə başlanılıb: "Tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə hərəkətin məhdudlaşdırılması məqsədilə xüsusi lentlər çəkilib, müvafiq nəzarət tədbirləri gücləndirilib. Həmçinin həyətində ağacların aşması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunan məktəblərdə də küləyin törətdiyi fəsadlar aradan qaldırılır".

Son xəbərlər

Orphus sistemi