Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub

Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub Daha bir məktəb əyani tədrisə qayıdıb.
Elm və təhsil
15 Fevral , 2022 09:47
Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub

Bakıda koronavirusa görə bağlanan 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. 

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin müəllim-şagird heyəti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - idarədən qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi